Nonsens! - İntiharlar artır:”Xüsusi araşdırma qrupları yaradılsın”

Azərbaycanda intihar hadisələri ara vermir. Demək olar ki, hər gün qəzet və sayt manşetlərini bu sayaq xəbərlər bəzəyir. Məslən elə bu gün Yasamalda 27 yaşlı Röya Rəfiyeva 27 ədəd həb içərək intihar vedib. O, dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, R.Rəfiyeva vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Yenə suallar hasil olur. Nəyə görə bu kimi halların qarşısını almaqda aciz qalmışıq? Sürətlə artan intihar statistikasında problem cəmiyyətdə, fərdin özündə, yoxsa maarifləndirmə işinin düzgün aparılmamasındadır? 

 Suallarımızı cavablandıran "Təmiz Dünya" Qadınlara  Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın qənaətincə, buna bir neçə amil səbəb ola bilər: 

"Hər dəfə bunu qeyd edirəm ki, intiharlar ciddi şəkildə öyrənilməlidir. Kimsə fərdi intihara təşviq edə bilər. Bütün səbəbləri məişət zorakılığı ilə bağlamaq da doğru deyil. Çünki bəzi hallarda başqa təsirlər də olur. Bu istiqamətdə kifayət qədər yaxşı araşdırma aparmaq lazımdır. Yaxınlarda bir filmə baxırdım orada gənclər intihar edirdilər. Sonra məsələyə milli təhlükəsizlik xidməti müdaxilə edir və bəlli olur ki , bu intiharlara hansısa sektalar təsir edirmiş.  Xarici ölkələrdə intihar səbəbləri arasında bu cür nüanslar daha çoxdur. Digər amil zorakılıq ola bilər.  Bəzi ailələrdə intihar hadisəsi baş verdikdə iddia edirlər ki, intihar deyil kimsə tərəfindən törədilən cinayətdir. İntiharlara geniş aspektdən baxılmalıdır. Bu istiqamətdə istintaq materiallarına əlçatanlıq təmin edilməlidir. Bəzi qruplar olmalıdır ki, xüsusi araşdırma aparsın. İntihar mövzusunda çox ciddi maarifləndirmə işi aparılmalıdır. Biz zorakılıqla bağlı maarifləndirə bilərik. İntiharlardan çox danışdıqca başqa məsələlər ortaya çıxır. Buna görə maarifləndirən tərəf mövzuya  o qədər həssas yanaşmalıdır ki, bu çağırış kimi səslənməsin”.

M.Zeynalova bildirib ki, Azərbaycanda, demək olar, hər kəs bu maarifləndirmədə iştirak edir: 

"Elə mövzular var ki ,onlar barədə ancaq peşakarlar danışmalıdırlar. İnhitar da  onlardan biridir. Xatırlayırsınızsa, illər öncə Türkiyədə ifaçı Murat Kekillinin " Bu akşam ölürüm " (oxu: Bu axşam ölərəm)  mahnısı  insanları intihara sürüklədiyi üçün qadağan olunmuşdu. İddia olunurdu ki, ifanı dinləyən onlarla şəxs özünə qəsd edib. Belə nüansları da diqqətdə saxlamaq lazımdır".