İşsizlikdən Sığorta Fondunun büdcəsi artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.

“Report”un xəbərinə görə, bu, “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 180 376 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 22 606 milyon manat və yaxud 14,3 % çoxdur.

Xatırladaq ki, bu il fondun gəlirləri və xərclərinin 157 769 milyon manat olması proqnozlaşdırılıb.