Yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskinləşməsi ilə bağlı xəbərdarlıq yayıb.

Oxu.Az xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Azərbaycanın rayonlarında dekabrın 9-dan 10-dək əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək”.