Rayon polis şöbəsinin rəisi yeni vəzifəyə təyin edildi

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev vəzifəsindən azad edilərək Göyçay Rayon Polis Şöbəsinin rəisi təyin olunub.