Qarabağ qazisi deputat köməkçisi oldu

Millət vəkili Aydın Mirzəzadə Vətən müharibəsi qazisini özünə deputat köməkçisi təyin edib. 

“Sherg.az” xəbər verir ki, bu barədə deputat özü məlumat verib. 

Milli Məclisin üzvü vurğulayıb ki, deputat seçildiyi 47 saylı Mingəçevir seçki dairəsi üzrə deputat köməkçisi vəzifəsinə təyinat olub: 

“Mənim təklifimlə bu vəzifəyə Mingəçevir sakini Məmmədov Pərviz Həzi oğlu təyin edildi. Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı üzrə əmr imzalanıb. Pərviz  Məmmədov 1980-ci ildə anadan olub, peşəkar hərbiçidir. Bakı Ali Hərbi Məktəbini bitirib. 20 ildən  çox ordu sıralarında xidmət edib. Vətən Müharibəsində tabor komandirinin müavini kimi iştirak edib. Xocavənd döyüşlərində ağır yaralanıb, sağ qolundan ciddi zədə alıb. Hazırda ehtiyatdadır. "Şücaətə görə", Xocavəndin asad edilməsinə görə" və daha səkkiz medalla təltif edilib”.