Bakı-Naxçıvan reysləri bərpa olundu - YENİLƏNİB

Bakıdan Naxçıvana uçuşlar bərpa olunub. 
Bununla bağlı AZAL-dan məlumat verilib.
09:56

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.