Kəlbəcərdə şəhid olan Azər Nəzərov Tovuzda dəfn olunacaq 

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, Tovuz rayonunda dəfn olunacaq.

"Report"un Qərb bürosunun məlumatına görə, 24 yaşlı Azər Nəzərov ailənin 2-ci oğludur. Onudan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!