Avropa Parlamentinin rəhbəri Romada dəfn ediləcək – YENİLƏNİB 

65 yaşında vəfat edən Avropa Parlamentinin (AP) sədri David Sassoli yanvarın 14-də Romada dəfn olunacaq.
Bu barədə AP rəhbərinin mətbuat katibi Roberto Kuillo məlumat verib.
Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 13-də Kapitoliya təpəsindəki Roma meriyasının tarixi Protomotek zalında, dəfn mərasimi isə yanvarın 14-də Romanın Respublika meydanındakı Santa Maria del Anceli kilsəsində keçiriləcək.

08:40

Avropa Parlamentinin sədri David Sassoli 65 yaşında vəfat edib.

Bu barədə onun mətbuat katibi Roberto Kuillo özünün “Twitter” səhifəsində məlumat yayıb. 
Onun sözlərinə görə, Sassoli xəstəxanaya yerləşdirildiyi İtaliyanın Aviano şəhərində dünyasını dəyişib.

Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

22:23

Avropa Parlamentinin sədri David Sassoli dekabrın 26-dan etibarən xəstəxanaya yerləşdirilib.

Bu barədə bazar ertəsi "Il Messaggero" qəzeti siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, onun xəstəxanaya yerləşdirilməsi “immun sisteminin funksional pozulması ilə bağlı yaranan ağır fəsadlar” səbəbindən zəruri olub.

Qeyd edək ki, AP rəhbərinin iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Mənbə: TASS