Qazaxlı qazi, şəhid ailəsi və ziyalılardan Prezident, Birinci-vitse prezident və qurumlara MÜRACİƏT 

Xaricdə məskunlaşıb Azərbaycana və ölkə ziyalılarına qarşı söyüş kampaniyası aparanlara ölkə daxilindən "zəhər" ötürənlər araşdırılsın! 

Bir qrup qazaxlı Qarabağ qazisi, şəhid ailəsi, idman ustası və ictimaiyyət nümayəndəsi Prezident İlham Əliyev, Birinci -vitse prezident Mehriban xanım Əliyeva , baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət ediblər. “Sherg.az” xəbər verir ki, müraciət son günlər xaricdə yaşayan və ayrı-ayrı xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərin Qazax ziyalıları və tanınmışlarına qarşı şər-şəbədə dolu çıxışları və ən ağır söyüşlərlə təhqir etmələri ilə bağlıdır. Müraciətdə deyilir:        

Tanınmış idman ustası Ramiz Tağıyev Qazax rayonu güləş məktəbinin rəhbər şəxslərindəndir. Qazax rayonunun  ziyalısıdır. Bu yaxınlarda xaricdə yaşayan azərbaycanlı bloqerlər Ramiz müəllim və onun idmançı yetirmələri  və digər ziyalılar haqqında nalayiq ifadələr işlədiblər. Biz də istəyirik Qarabağ əlilləri, şəhid ailələri, “Milli Qəhrəmanlar” İctimai Birliyi adından Cənab Prezidentə, DTX-ya, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, aidiyyəti orqanlara müraciət edək ki, bu ləkələmə kampaniyasının qarşısının alınması istiqmətində işlər görülsün. 

Müraciətdə o da xüsusi diqqətə çatdırılır ki, xaricdə məskunlaşıb, Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlara Qazaxdan da siqnal ötürənlər var və onlar da cəzalanmaldırlar:

“Xaricdəki söyüş kampaniyasının üzvləri Azərbaycan dövləti, milləti və xalqı adına böyük bir ləkədirlər. Onların “fəaliyyəti”, hansı məkirli qrup və dairələrə işlədikləri aydındı. Amma həmin şəxslərə ölkə daxilindən dezinformasiya, ötürənlər, “zəhər” verənlər var. Həmin şəxslər tapılmalı və layiqli cəzalarını almalıdırlar. Ölkə qanunlarla idarə olunur. Azərbaycan hüquqi dövlətdir. Hər bir vətəndaşının hüququnu qoruyur və müdafiə edir. Xaricdəki söyüş kampaniyasının üzvlərinə daxildən “zəhər” verənlər mütləq aşkarlanmalıdır. 

Ramiz Tağıyev deyir: 1948-ci ildə Qazax rayonunda kasıb ailədə anadan olmuşam. Ali təhsilliyəm. Bədən Tərbiyəsi və İdman Akademiyası İnstitutunu bitirmişəm. Respublika dərəcəli hakiməm. Azərbaycanın əməkdar məşqçisi kimi AXC-nin 100 illik medalını almışam. Mən indi də, bu ahıl yaşımda da məşqlər keçirəm, gəncləri pis vərdişlərdən çəkindirirəm. Onları dövlət, millət üçün yetişdirirəm. 

Belə olan halda məni və bəzi yetirmələri, ziyalıları, onların ailərini hədəf seçib, təhqir edirlər, alçaldırlar. Bu hal da məni, Qazaxlı müharibə iştirakçılarını, şəhid ailələrini, eləcə də Qazax ictimaiyyətini narahat edir. 

Azərbaycanın böyük əziyyət və zəhmət hesabına uğur qazanan şəxsiyyətlərinə qarşı bu cür qaralama kampaniyasına son qoymağın zamanıdır. Bu hal bir neçə dəfədir, təkrarlanır. İndi qarşısı alınmasa, kütləvi xarakter daşıyacaq ki, bu da artıq nonsensdir”.