Xalq artistini erotik videolarla şantaj  edirlər - FOTO


Xalq artisti Kazım Abdullayev  şantajla üzləşib.  Aktyor öz "facebook"hesabında bildirib ki, son vaxtlar onu erotik videolarla şantaj edirlər: 

" Diqqətin! Əziz dostlar, xanımlar və cənablar! Son vaxtlar məni erotik videolarla şantaj edirlər! Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma nədə statusuna yaraşmayan bir işdir! Hamınız məni gözəl tanıyırsız! Mənim bu ağır vaxtımda mənim qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər! Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm! Əgər pul verməsəm dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər! Gələn təhdid mesajlarını sizinlə bölüşürəm". Aktyor diqqətə çatdırıb ki, məhz bu səbəbdən  "facebook", "mesengcer " və "whatsapp"ı bağlayır: 

"Hüquq - mühafizə orqanlarındanda xahiş edirəm bu işdə mənə yardım etsinlər" .