İran: Sağlam düşüncə bitdi, hərbi cavab olacaq

İsrail İrana hücum etsə, Təl-Əvivə sərt cavab veriləcək.
Axar.az xəbər verir ki, bunu İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə deyib.
“Bu andan etibarən İranın sağlam düşüncəyə sadiq qaldığı dövr bitdi. Sionist rejim İrana hücum edərsə, sərt hərbi cavab alacaq. İran müharibənin yayılmasını istəyən ölkə deyil. Livan və Fələstində atəşkəs istəyirik, lakin bu ölkələrin və insanların hüquqlarının qorunması şərti ilə”, - o bildirib.