Nazir akademiyadakı müəllimi generala müavin TƏYİN ETDİ

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.
V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim işləyib.
Qeyd edək ki, DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanovdur.