Xırdalanda qanunsuz parklanma yeri yaradan sahibkara xəbərdarlıq edildi - YENİLƏNİB + FOTO

“Abşeron rayonunun Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki qanunsuz parklanma yeri yaradan mebel mağazası sahibinə xəbərdarlıq edilib”. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən səkini qanunsuz olaraq zəbt edərək maşın dayanacağı yaradan obyekt sahibinə xəbərdarlıq edilib:

“Bildirilib ki, növbəti dəfə belə hallar baş verərsə, haqqında daha ciddi tədbirlər görüləcək”.

16:51

Abşeron rayonunda mebel mağazasının zəbt etdiyi səki əvvəlki vəziyyətinə qaytarılıb. 

Oxu.Az-ın məlumatına görə, Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki qanunsuz parklanma yeri ləğv edilib.