Yaxşı dost olmağın 5 əsas şərti 

Alimlər uzun illər aparılan tədqiqatlar sonucunda insanları xoşbəxt edə biləcək formula tapıblar

  Harvard Universitetinin alimləri 85 illik (!) fəaliyyətlərinin nəticəsi olaraq insanlarla əlaqə yarada bilmənin həyata böyük məna qatdığı qənaətinə gəlib. “NTV.com.tr” xəbər verir ki, “Insider”in məlumatına görə,  “Good Life: Lessons from the World's Longest Scientific Study of Happiness" adlı kitablarında psixiatr  Robert Valdinger və psixoloq Marc Şulz insanlar arasındakı əlaqələrin necə böyük üstünlüyə malik olduğuna ciddi yanaşmalı olduğumuzu qeyd ediblər.  Alimlər bu fikirdədir ki, insanlar arasındakı əlaqələrin, ünsiyyətin azalması ciddi problemlərə səbəb olur və həyat keyfiyyətini aşağı salır. Alimlər uzun illər aparılan tədqiqatlar sonucunda insanları xoşbəxt edə biləcək formula tapıblar. Bu, insanlar arasında qurulacaq dərin bağlar - əlaqələrdir.

Bu bağlar ruhi sağlamlığımıza müsbət təsir edir. Alimlər həyat yoldaşı və dostlarla möhkəm əlaqələr, dostluq münasibətləri qurmağın 5 əsas şərtini açıqlayıb. İnsanları bir-biriylə daha yaxın, səmimi dost edəcək 5 əsas xüsusiyyət bunlardır: 

  Birincisi, probleminiz barədə danışmaqdan, yaşadığınız çətinlikləri ailə üzvləri və dostlarınızla paylaşmaqdan çəkinməyin.  Nələr baş verdiyini, başına nələr gəldiyini dostlarınıza danışın. Valdinger “əvvəllər ailəmin yanında sağlamlığımdan əsla şikayət etməyəcəyəm”, deyirdim, indi isə ailə üzvlərimi daha yaxşı anlayıram, çünki artıq yaşlanıram. Ailə üzvlərinin qayğısına ehtiyac duyuram. Onlar hansı problem yaşadığımı bilməyəcəklərsə, mənə necə kömək edə bilərlər?
  İkincisi, ailə üzvləriniz, dostlarınızla maraqlandığınızı onlara əyani göstərin. Ailə üzvləri, dostlarınız sizin onlar barədə düşündüyünüzü, onlarla maraqlandığınızı bilsinlər, duysunlar. 

  Üçüncüsü, qarşınızdakı insana qarşı diqqətli olun, o sizin ona diqqət göstərdiyinizi hiss etsin. Bu, insanların bir-birinə səmimiyyətini artırır. Birisinə diqqət göstərmək ona hörmətin göstəricisidir. 

  Dördüncüsü, münasibətlərinizi inkişaf etdirməyə çalışın. Uzunmüddətli, daimi dost ola biləcəyiniz insanları düzgün seçin. Kimlərlə münasibətlərə önəm verirsinizsə, siyahısını çıxarın və münasibətlərin necəliyini, nə dərəcədə səmimi olduqlarını gözdən keçirin.  Bu münasibətlərin sizə necə təsir etdiyini, həyatınızı müsbət mənada dəyişib dəyişmədiyini bilin. 
  Beşincisi, kiçik görüşlərlə geniş münasibətlər qurmağın yolu birisini qəhvə və ya çay qonaqlığına dəvət etməkdir. Masa arxasında səmimi ortamda yaranan əlaqələr sizə kiçik, zəif görünə  bilər, lakin unutmayın, böyük dostluqlar kiçik görüşlərdən başlayır.