Rekord istilər gəlir

Qış aylarında havaların kəskin istiləşməsi anormal haldır

  Qarlı havalardan sonra havaların kəskin istiləşəcəyi gözlənilir. Buna qlobal iqlim dəyişikliyinin səbəb olduğunu bildirən mütəxəssislər iqlimdəki bu kəskin dəyişikliyin insan orqanizminə mənfi təsirlərini də qeyd edirlər. Qış aylarında havaların kəskin istiləşməsi anormal haldır və bu, insanlara mənfi təsir edir. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Türkiyədə quraqlıq təhlükəsi yaşanır. Bir çox bölgədə yağıntılar yetərsizdir, havalarsa soyumur. 

Növbəti həftədə isə havanın temperaturunun daha da artacağı, bəzi bölgələrdə 20 dərəcəyədək yüksələcəyi gözlənilir. 

Ölkə hazırda qış mövsümünə rəğmən tərs bir iqlim şəraitindədir. Qarşıdakı həftə ərzində Mərmərə bölgəsində temperatur yüksələcək. Bu barədə NTV Meteoroloji şöbəsindən xəbər verilib. Qara dəniz bölgəsində son illərin ən isti, quraq mövsümü gözlənilir. 

Qarın yalnız yanvar ayının sonlarında yağacağı ehtimalı var. Qlobal iqlim dəyişikliyi fonunda 7 bölgədə sel, daşqınlar gözlənilir. Vətəndaşlara bununla bağlı xəbərdarlıq edilib.