MAQATE-dən Zaporojye AES barədə XƏBƏRDARLIQ

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasının (AES) ətrafında hərbi fəaliyyət nəticəsində törədilən şiddətli partlayışlar barədə xəbərdarlıq edib.
“Sherg.az” xarici mediaya istinadən bildirir ki, MAQATE komandasının zavoddakı hesabatlarına görə, partlayışlar demək olar ki, hər gün baş verir.
Mərkəzi Avstriyada yerləşən MAQATE-nin baş direktoru Rafael Qrossinin adından verilən açıqlamada deyilib ki, son zamanlarda demək olar ki, hər gün MAQATE-nin nüvə Zavodun təhlükəsizlik qrupu bu cür hadisələri Vyanadakı qərargahına bildirib.
 Bəzi partlayışlar Avropanın ən böyük Atom Elektrik Stansiyasından (AES) bir qədər uzaq, digərlərinin isə stansiyaya daha yaxın məsafədə baş verdiyi söylənib.
 Vurğulanıb ki, dünən yerli vaxtla saat 10:00 radələrində obyektdəki ofis pəncərələrinin titrəməsinə səbəb olan səkkiz güclü partlayış olub və bu gün daha çox səs eşidilib. ZNPP ətrafında “Nüvə Təhlükəsizliyi və Mühafizəsi Zonası”nın yaradılması ən qısa zamanda təmin edilməlidir.
Qeyd edək ki, Zaporojya AES-in altı reaktorundan dördü bağlanıb, ikisi isə yaxınlıqdakı Enerhodar şəhərini buxar və istiliklə təmin etmək üçün yerində qalıb.
Mənbə: Hürriyət qəzeti