Sabahın havası...

Fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.