Arvadının qızıllarını satıb Türkiyəyə yardıma getdi - VİDEO

Hər gün zəlzələ bölgəsindən xeyli bəd xəbərlər gəlir, ürəkdağlayan görüntülər yayılır. Ancaq bununla belə insanlığı hələ ölmədiyinə dəlalət edən, hər kəsi duyğulandıran fədakarlıqların da şahidi oluruq.
Bakupost.az -a daxil olan eksklüziv görüntülərdən biri də bu barədədir.
Görüntülərdən aydın olur ki, Güney Azərbaycanın Əhər şəhərindən olan xilasedici həyat yoldaşının qızıllarını sataraq, dağıntılar altında qalan insanları xilas etmək üçün Türkiyəyə, zəlzələ bölgəsinə gəlib.