Türkiyədəki zəlzələdə valideynləri itirən uşaqlar əcnəbilərə övladlığa veriləcəkmi? 

Türkiyədə fevralın 6-da baş verən zəlzələ bölgəsində valideynlərini itirən uşaqların digər ölkələrdə yaşayan şəxslərə övladlığa verilməsi müzakirə mövzusu deyil.
Bakupost.az -ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın göndərdiyi iki səhra xəstəxanası zəlzələ bölgəsində yerləşdirilib: “Ehtiyac olduğu təqdirdə yaralıların Azərbaycana köçürülə bilər”.