Blinken Türkiyədədir: Ərdoğan və Çavuşoğlu ilə müzakirələr aparılacaq - VİDEO

Türkiyənin paytaxtı Ankarada bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş baş tutub.
Təkbətək görüşdən sonra hər iki rəsmi şəxsin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Ehtimal edilir ki, tərəflər əsasən Türkiyədəki dağıdıcı zəlzələnin fəsadlarını, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini, Ukrayna müharibəsini müzakirə edəcəklər.
Məlumatda həmçinin qeyd olunur ki, ABŞ dövlət katibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.