"Övladlarımın meyxanaçı olmağını istəmərəm".
"Sherg.az" xəbər verir ki, bu sözləri meyxana ifaçısı Orxan Lökbatan "Zaurla Günaydın" verilişində söyləyib. O qeyd edib ki, uşaqları gələcəkdə başqa işlə məşğul olsalar, daha yaxşıdır:
"Çəkdiyim əziyyətləri onların da görməyinə ürəyim gəlmir. Elə peşə seçsinlər ki, səhər 9-da gedib, axşam 6-da qayıtsınlar. Daha mənim kimi səhər 6-da evə gəlməsinlər".