Şəhid  İsmayılov Qurban Mayıl oğlu: yaşasaydı, 55 yaşını qeyd edəcəkdi - FOTO



Yaşasaydı, bu günlərdə 55 yaşını qeyd edəcəkdi, ailəsi, oğlu, gəlini və üç gözəl nəvələri ilə...
   İsmayılov Qurban Mayıl oğlu 10 Mart 1968-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. 1984-cü ildən ailəsi Mərdəkan qəsəbəsinə köçmüş və orada yaşamışdır.
   İsmayılov Qurban Mayıl oğlu tam orta təhsilini Bakı şəhəri Buzovna qəsəbəsindəki 26 saylı tam orta məktəbdə başa vurmuşdur. Məktəb müəllimlərinin sevimli, seçilən şagirdi olan qurban hələ də onların xatirində dərsə yüksək davamiyyətli, tərbiyəli bir şagird kimi qalmışdır.
   İsmayılov Qurban Mayıl oğlu 1986-cı ildə o zamankı Əzizbəyov rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdı. 1986-1988-ci illərdə Qurban Moskva şəhərində tikinti taborunda xidmət edərək Vətəninə dönmüşdü. Hərbi Xidmət zamanı xidmət göstərdiyi hərbi hissədən alideyinlərinə tez-tez ünvanlanan Tərifnamə və Təşəkkürnamələr Qurbanın valideyinləri üçün çox qürürverici idi.
  İsmayılov Qurban Mayıl oğlu ard-arda valideyinlərini vaxtsız itirir. 1990-cı ildə özü ailə həyatı qurur. 1991-ci ildə Mayıl adlı oğlu dünyaya gəlir.
  Qurban Mayıl oğlu İsmayılov da digər Qəhrəman oğullarımız kimi mənfur düşmənin xalqımızı düçar etdiyi fəlakətə laqeyd qala bilmədi. 1992-ci ilin aprel ayında hərbi Komissarlığa yollanaraq könüllü olara ərizə yazıb Qarabağa, döyüşə yollandı. Qarabağın odlu, alovlu, ölümlü-itimli cəbhə xəttində əlində silah dəfələrlə ağır döyüşlərdə düşmənlə üç-üzə gəldi.

  21 Sentyabr 1992-ci ildə Turşsuda gedən çox ağır döyüşlərin birində öz yaralı döyüşçü yoldaşını döyüş meydanından xilas etmək istəyərkən özü də düşmənin ölümcül snayper gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır...
  İsmayılov Qurban Mayıl oğlunun məzarı Xəzər rayonu Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanındanır. Dövlətimiz Qurbanın adını əbədiləşdirmək üçün Onun, Mərdəkanda yaşadığı böyük bir küçəyə “Qurban İsmayılov küçəsi” adı vermişdir. Şəhidlərin xatirəsinə ucaldılmış memoreal lövhələrdə Qurban İsmayılovun adı da həkk olunmuşdur.
  Bu gün Qurbanın yadigarı olan oğlu Mayılın ocağında üç gözəl nəvəsi böyüyür. Və onlar da Babalarını Ölməz Qəhrəman kimi anırlar...
    RUHUN ŞAD OLSUN, ŞƏHİD QURBAN İSMAYILOV...