Mübariz Qurbanlının prokuror qardaşı işdən çıxarıldı - FOTO

"Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil".
Bakupost.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib", - Mətbuat xidmətinin cavabında qeyd edilib.
Xatırladaq ki, Tariyel Qurbanov  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlının qardaşıdır.