Niyə Yusif  Mustafayev uşağa 3 min pul verib? – Kövrək notlar...



“Yay aylarında bölgələrimizin birində kasıb bir uşaq gördüm. Gəlib yanımda durdu, baxdım ki, nəyəsə ehtiyacı var”.
“Sherg.az” ın xəbərinə görə, bunu əməkdar artist Yusif  Mustafayev “Həmin Zaur” verlişində vurğulayıb. O deyib ki,toylara getməyə təzə -təzə başladığı vaxtlar “əli aşağı olub”:
“Biz də uşaq olmuşuq, ehtiyaclı günlərimiz olub. Uşağı yanıma çağırıb, soruşdum: Ailədə neçə uşaqsınız? Dedi ki, 4 uşağıq. Cibimdə də çox pulum yox idi. 3 minin (Məmməd) vardı, çıxarıb verdim. Uşaq, elə bil, buna bəndmiş, pulu alıb qaçdı. Sonra illər keçdi, 1990-cı illərdə Bakıda bir məclisdə oturmuşdum. Bütün qrupla bir yerdə 800 rubla toya getmişəm. Cavan, hündür boylu oğlan gəlib durdu qabağımda. Bir paçka şirvanı açıb qoydu yanıma. Həmin vaxtlar şirvan böyük pul idi. 16 dənə "Şirvan"ı açıb tökdü qabağıma. Dedi, Yusif müəllim, niyə soruşmursan, bu pulu mənə nəyə görə verirsən? Allahın qismətidi, o göndərib dedim. Allah səni salamat eləsin, bu boy-buxununa dəyməsin. Söylədi ki, 1978- ci ildə kəndimizdə olanda mənə pul verib, get anan sənə ayaqabı alsın dedin. Getdim evimizə, anam o 3 minlə (Məmməd) evə qənd, çay və çörəy aldı. Biz neçə gün o alınanlarla bayram elədik. Anam mənə dedi ki, oğul böyüyüb bunun əvəzini qaytararsan”.     

Şərqiyyə Nəbi