Pul haqqında...30 yaşına çatmamış düşünün!


  Arzu etdiyiniz həyata sahib olmaq üçün pulunuzu necə xərcləyəcəyinizi bilmək və düzgün yatırım etmək qarşıdakı illərdə rahat yaşamağınıza kömək edə bilər. Amma bunları 30 yaşınadək bilmək daha faydalıdır. Bunun üçün ilk növbədə maliyyə bazarını öyrənmək, bu bazara bələd olmaq lazımdır. Bu, doğru seçim etməyinizə yardımçı olacaq. 

“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, mütəxəssislərin gənclərə məsləhəti bu bilgilərə 30 yaşınadək sahib olmalarıdır. İnsan hər yaşda maliyyə sıxıntıları ilə qarşılaşa bilər. Belə durumlarda insanın şəxsi büdcəsində müəyyən miqdarda pulunun olması onu çətin durumdan çıxarır. Maliyyə sahəsinin biliciləri tövsiyə edir ki, sahib olduğunuz pul 50-30-20 bölgüsü ilə idarə edilməlidir. Pulun 50 faizi zəruri ehtiyaclara, 30 faizi istəyə bağlı xərclərə, 20 faizinə isə qənaət edilməlidir. Gəliri olan hər bir insan az miqdarda olsa belə, geriyə pul “atmalıdır”. Bunu edərsəniz, qənaət etməyi də öyrənəcəksiniz. Hara, nə qədər pul xərclədiyinizə daim nəzarət edin, pulun hara daha çox xərcləndiyini bilin. Bu, pulunuza nəzarət edə bilmənizi təmin edəcək. Pulun hara xərcləndiyini və büdcənizin real durumunu bilirsinizsə, büdcəni də düzgün tərtib edə biləcəksiniz və sıxıntıya düşmək ehtimalınız azalacaq. Gəlirləriniz artsa da, xərcləmələrdə diqqətli olun, almaq istədiyiniz malın, məhsulun həqiqətən sizə lazım olub-olmadığını ciddi düşünüb qərar verin. Bəzən o qədər də vacib olmayan şeylərin alınması büdcəyə zərər verə bilər. Ən əsası gənclikdə