“Dərmanların gətirilməsindəki inhisarçılığa son qoyulmalıdır”

“Bu gün Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ən vacib məsələ inhisarçılığa son qoyulmasıdır.