Elçin Cəfərov: “Teatrların heç birində marketinq şöbəsi yoxdur”

“Bu gün teatrların heç birində marketinq şöbəsi yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda teatrşünas Elçin Cəfərov bildirib.
O qeyd edib ki, bütün teatrlarda müvafiq strukturlar yaradılmalıdır.
Əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib ki, gənc aktyorların əksəriyyəti evsizdir:
“Aktyorun qarnı tox olmalıdır. Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir”.