Şəhidin əmisi: “Danışandan bir saat sonra şəhid xəbəri gəldi” - VİDEO

“Məhəmməd çox vətənpərvər idi. Axşam saat 8-də atası ilə danışdı, saat 9-da şəhidlik xəbəri gəldi”.
Bizim.Media xəbər verir ki, bunu şəhid Məhəmməd Qarayevin əmisi Zöhrab Qarayev deyib.
O bildirib ki, 40 gün sonra M.Qarayevin hərbi xidməti başa çatırdı:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin”.
Qeyd edək ki, ötən gün əsgər Məhəmməd Qarayev erməni təxribatı nəticəsində şəhid olub.
Şəhid M.Qarayev bu gün doğulduğu Qəbələdə dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd İqtisad Universitetinin (ADİU) məzunu olub. İyun ayında hərbi xidməti başa çatacaqdı. Məhəmməd ailənin tək oğul övladı olub, bir bacısı var.