Könül Xasıyevanın  itinin qiyməti 2 min manatdır?

Xalq artisti Könül Xasıyeva və jurnalist Pərviz Hüseynin məhkəmə  prosesininin növbəti mərhələsi keçirilib.
“Sherg.az”ın məlumatına görə, K. Xasıyevanın ittihamları ilə bağlı dəlil çatışmazlığı olduğu üçün məhkəmə yenidən təxirə salınıb. 
Bu barədə P. Hüseyn özü məlumat yayıb:

“Xalq artisti Könül Xasıyeva ilə sonuncu məhkəməmiz olacaqdı, lakin qarşı tərəfin dəlil çatışmazlığı səbəbilə iclas 30 maya ertələndi.
Statusumda iddia etdiyim itin 2 min manata alınması məsələsi bugünkü iclasda təsdiqini tapdı. Lakin iti kimin alması məsələsi önümüzdəki prosesdə bilinəcək.

Postumu isə bu gün məhkəmə zalında Könül Xasıyevanın mənə dediyi sözlərlə tamamlayıram: Son gülən iyi gülər! ”.