Naxçıvan Dövlət Vergi Xidmətində yeni TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə yeni rəis müavini təyin edilib.
APA-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə İbrahimov Anar Vaqif oğlu təyin edilib.
O, buna qədər Vergi Xidmətində Bəyannamələr şöbəsinin rəisi vəzifəsində çalışıb.