Güney Azərbaycanda etirazçılar yolu bağladılar

Güney Azərbaycanın Saqqız şəhərinin Salehabad bölgəsində etirazçılar yolu bağlayıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, vətəndaşlarla repressiv hökumət qüvvələri arasında toqquşma baş verib.
Aksiya iştirakçıları “ölüm olsun Xameneiyə!” şüarı səsləndiriblər.