“Whatsapp”da bu da mümkün olacaq

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə "Meta" şirkətinin rəhbəri Mark Zukerberq feysbuk səhifəsində məlumat paylaşıb.
O bildirib ki, tezliklə messencerdə şəxsi yazışmaları ayrıca qovluğa köçürməyə imkan verən "Söhbəti bağla" funksiyası olacaq.
İstidafəçilər onu açmaq üçün isə cihazın şifrəsini yazmalı və ya biometrik məlumatları skan etməli olacaqlar.