Türkiyə ordusunun 2 hərbçisi şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.
Bakupost.az xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.
Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb.
Atışma nəticəsində 3 terrorçu məhv edilib.
Şəhidlərin adları hələ ki açıqlanmayıb.