Jurnalist axtarışdadır! Xalq artisti:“Məhkumluq layiq olduğun...”

“Bəs sən kimin nəyisən, Ülviyyə?! 2022-ci il 5 dekabından axtarışdasan, ay “xəbərsiz”. 83 yaşımda da hələ ki, adımla sən gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı, sən yox böyüyünün arzuladığı o “polemikaya” qol qoyardım, ya da bu qərar çıxanda sənə sənin gərəkdiyin şərəfi verərdim”.

“Sherg.az” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova uzun illərdir məhkəməlik olduğu Ülviyyə Alovlu haqda deyib. 
Xalq artisti bu sözləri də əlavə edib:

“Heç bir mətbuat qurumu sənin adını çəkmək istəmir, çünki vulqarlıq, yalan olan yerdə qanundan başqa çıxış yolu qalmır. Çünki sənin kimi söyüş vərdişim yoxdur.

Noyabr ayından, 6 aydır polis səni məhkəmə ilə (məcburi məhkəmə ) guya “tapıb gətirməyi bacarmır”. Həmişəki kimi deyəcəksən ki “Mən gizlənməmişəm”. Bu başqa bir mövzudur və yeri gəlmişkən buna ayrı səhifə ayıracağam, əmin ol.
Sən guya faktlarla arxalanan ciddi “jurnalist”sən yoxsa, böyük mətbuat katibi olmusan? Balkonunda qoxladığın yağışlar yağdı, çatlaqların örtüldü? Məhkəmələrə “hörmətlə yanaşan”, artıq bilirsən iyun ayın 7-si təkrar məhkəməndir!
Savadsızlıq ucbatından adını “jurnalist-publisist” qoyub ali savada həsrət qalan “jurnalist” Ülviyyə. Məhkumluq layiq olduğun qədərindir. Məndən qaçacağın ancaq bir yerdir! Sən qorxduğun yer”.