Niyə Hacı Şahinə məzar daşı qoyulmayıb? – Oğlu aydınlıq gətirdi

İlahiyyatçı Hacı Şahin Həsənlinin ölümündən 4 aya yaxın bir vaxt keçir. 
Buna baxmayaraq onun Yasamal Qəbirstanlığındakı məzarına abidə qoyulmayıb. 
Bu gün “Şərq” qəzeti kollektivi olaraq  Hacını ziyarət etdik. Qəbirüstü abidəsinin hazırlanmaması diqqətimizi çəkdi. 
“Sherg.az” olaraq mərhumun oğlu Hüseynlə əlaqə saxladıq. O bildirdi ki, Hacının məzar daşı işləri ilə “Mənəvi dünya” İctimai Birliyi maraqlanır.