Rəşid Mahmudovdan “ikinci bahar”? - “Evləndirsələr...”

Tanınmış həkim Rəşid Mahmudovun adından Feysbukda saxta profil açılıb. Hətta onun evlənəcəyi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə “Sherg.az”a danışan Mahmudov bildirib ki, paylaşılan xəbərlərin hamısı yalandır:
“Mənim 85 yaşım var. Evləndirsələr... Yanıma bir xanım qoyublar ki, Rəşid müəllimin həyat yoldaşıdır. 
Mən də tanımıram. Yoldaşıma deyirəm, gəlsən, gedib bunu tapaq mənə alaq. Onların hamısı yalandır. Ləğv etmək lazımdır. Ayıbdır. Heç bir problem yoxdur. 

Dəf kimiyəm. Yazmışdılar ki, ölür, vəsiyyət edir. Bunu yazanı tanıyıram. Amma arxasında duranı tanımıram. Bu paylaşımları edən Füzuli rayonunun Bala Bəhmənli kəndindən Abdullayev Tural Mirağa oğludur. 

Səbəbini bilmirəm. Deyir ki, məni polisə ver, həbs etsinlər. Əqli problemləri var. Bunların hamısı dəli kimidirlər. Deyir, məni həbs etdir, atam öldürür. 

Məqsədli şəkildə həbs olunmaq istəyir ki, evdən çıxsın. Çünki atası döyür. Məlumatların hamısı yalandır. Məhkəməyə kimdir gedən? İşim-gücüm qurtarıb”.