Qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər - VİDEO

Yaxın vaxtlarda ölkəmizdə qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər.
Xezerxeber.az xəbər verir ki, əmlak amnistiyası ilə 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunacağı  gözlənilir.
Millət vəkili Rüfət Quliyev bildirib ki, paytaxtda və ətraf qəsəbələrdəki sənədsiz evlərlə bağlı təkliflər hazırlanıb. Onun sözlərinə görə, yeni mexanizm qanunsuz tikililərin sənədləşdirilməsi prosesini asanlaşdıracaq. Millət vəkili qeyd edib ki, paytaxt və ətraf qəsəbələrdə təxminən 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunmasına ehtiyac var.
Millət vəkilinin sözlərinə görə, əmlak amnistiyası qeyri-yaşayış obyektlərinə də şamil olunacaq. Bu kateqoriyadan olan 40 mindən çox tikili rəsmiləşdiriləcək.
Qeyd  edək ki, qanun layihəsi parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik: