Bu şəhərdə  ən uzun ömürlü evlilik ünvanı onlardadır - FOTO

Türkiyənin Bolu bölgəsində zavodda inşaat ustası işləyən Mehmet Güney özündən 5 yaş kiçik Sıddıka Güneylə 1958-ci ildə tanış olub. Dostluqları sevgiyə çevrilən cütlük daha sonra nigah bağlayıblar. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, tək mərtəbəli bağ evində məskunlaşan Güney cütlüyü ömürləri boyu burada yaşayıblar. Yarım əsr davam edən evliliklərindən iki qız və 3 uşaq sahibi olan Güney cütlüyünün bir-birinə sevgisi heç zaman azalmayıb. 4 nəvələri olan yaşlı sevgillər 65 ili geridə qoymalarına baxmayaraq, ilk günkü kimi sevgi ilə bir-birinin əlini tutmağa davam edirlər. Məlumatlara görə, onlar Boluda ən uzun evli cütlük sayılır.


Həyat yoldaşı ilə ailəsinin razılığı ilə tanış olduğunu deyən Sıddıka Güney, “Çox sakit, huzurlu  həyatımız oldu. Evlilik bir az şansdır, lotereyadır” deyə bildirir..

Həyat yoldaşını çox sevdiyini deyən Mehmet Güney isə bunları söyləyib:
 “Həyatımız həqiqətən gözəl keçdi. Nə mən ona,  nə də o mənə kəm gözlə baxmadı. Sıddıqanı ilk görəndə arxasınca getdim. Dostlarımı göndərdim və xahiş etdim ki, yaxşı araşdırsınlar. İstədim ki, onun haradan olduğunu, valideynlərini tanısınlar. Araşdırdılar və mənə dedilər ki, bu, yalnız sənin üçündür. Vaxtımız çox gözəl keçdi. Mənə yaxşı baxır. O, mənim həyatımın mənasıdır”. 

Mehmet Güney ailə quracaq gənclərə də məsləhətlər verib:
 “Əsas olan hörmət və sevgidir. Valideynlərin qədrini bilsinlər, yaxşı öyrənsinlər. Onlar atalarına, analarına hörmət etməlidirlər”.