Azərbaycanda dəhşət: Küçükləri analarının gözü qarşısında çubuqla döydü - VİDEO

Azərbaycanda küçüklərə qarşı amansız rəftarın görüntüləri yayılıb.
Görüntülərdə əlində çubuq olan şəxsin yeni balalayan itin gözlərə qarşısında onun balalarını çubuqla döydüyü əks olunub.  
Heyvana qarşı bu cür dəhşətli münasibət sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub.
Onlar hadisəni törədən şəxsin dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər.