Həbsdə olan Rəşadın səhhəti necədir? - Dostundan açıqlama 

Bir müddətdir həbsdə olan meyxanaçı Rəşad Dağlıdan xəbər var.

“Sherg.az” aylardır yeni görüntüsü yayılmayan söz ustasının hazırkı vəziyyəti ilə maraqlanıb.

Sənətçinin dostu, prodüser Ataş Hüseyn saytımıza açıqlamasında bildirib ki, Dağlının səhhəti ilə bağlı heç bir problemi yoxdur:

“Məhkəmədə danışmağa imkan olmur. Ancaq şüşənin arxasından görürük. Yaxınlarda ziyarətində olmuşam, səhhəti də yaxşıdır. Əvvəl bir az arıqlamışdı, indi baxıram yenə kökəlib. Hər şey superdir, çox gözəldir. Rəşad bizim ürəyimizdir”.

Qeyd edək ki, R. Dağlı İskəndər Mehtiyevi qətlə yetirdiyi üçün azadlıqdan məhrum edilib. Onun 11 ilə qədər həbsi istənilir.