Bulvardakı kaktuslar indi belə qorunur...

Dənizkənarı Milli Parkda uzun müddətdir gündəm olan kaktusların qorunması üçün addımlar atılıb.

“Sherg.az”ın məlumatına görə, kaktuslara vətəndaşların əlinin çatmaması üçün ətrafındakı qoruyucu dəmirlərlə aradakı məsafə genişləndirilib.

Artıq bitkilərə kənar şəxslərin yaxınlaşması mümkün olmayacaq.

Qeyd edək ki, daha əvvəl vətəndaşlar kaktusların üzərini yazır, onları kəsici alətlərlə zədələyirdilər.

Bu yaxınlarda eyni cinayəti törədən xanımin videosu sosial şəbəkələrdə yayılmış, onunla bağlı tədbirlər görülmüşdü.

Hətta ötən ay bir şəxsin dekorativ bitkiləri yandırmağa çalışdığı video də geniş müzakirə yaratmışdı.