Ağır əməliyyat keçirən Sabir Rüstəmxanlıdan xəbər var...

Səhhətində problem yaranan millət vəkili Sabir Rüstəmxanlıdan xəbər var. 

Bu barədə deputat özü "Sherg.az"a məlumat verib. O, hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"İndi hər şey qaydasındadır. Yavaş-yavaş gəzirəm. İyunun 22-i əməliyyat olundum. Bu gün 18 gün keçir. Ayağımda problem yaranmışdı. Əslində mediada bu haqda çox yazılmasını istəmirəm. Statusu da həkimlərimə təşəkkür edib" .

Qeyd edək ki, millət vəkili özü məlumat yayaraq iki ayağından da əməliyyat olunduğunu demişdi.