Mərhum baş redaktorun vəzifəsini oğlu icra edəcək?  - Açıqlama 

Ötən ay vəfat edən “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadənin yerinə hələ kimsə gətirilməyib.

Bu barədə “Sherg.az”a media qurumunun redaktoru Seymur Əliyev məlumat verib.

O bildirib ki, hələ bu məsələylə bağlı bir irəliləyiş olmasa da, böyük ehtimalla sözügedən vəzifəni mərhum baş redaktorun oğlu Hüseyn Hüseynzadə icra edəcək:

“Çox güman ki, “Moderator.az”ın baş redaktoru vəzifəsini Zülfüqar müəllimin oğlu davam etdirəcək. Bilirsiz ki, o da Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, təcrübəsi var. Bu günə qədər saytın fəaliyyətində də iştirakı olub. Çox güman ki, bu vəzifəni də o yerinə yetirəcək. Bizim də kollektivin də borcu ona bu məsələdə dəstək verməkdir”.

Qeyd edək ki, Z. Hüseynzadə ötən ay Kəlbəcərdə ürəktutmasından vəfat edib.