Muxtar Qasımlının ailəsində XOŞ HADiSƏ

44 günlük Vətən müharibəsində şəhid olan baş leytenant Muxtar Qasımlının ailəsində xoş hadisə yaşanıb.

“Sherg.az”ın əldə etdiyi məlumata görə, şəhidimizin qardaşı Kənanın qız övladı dünyaya gəlib.

Qeyd edək ki, fitnes üzrə Azərbaycan çempionu olan M. Qasımlı 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb.