İki ayağı da amputasiya edilən Səbuhi Məmmədli necədir?  - Oğlundan AÇIQLAMA

Tanınmış jurnalist Səbuhi Məmmədlinin sağ ayağı amputasiya edilib. 

Bu barədə  M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əməliyyat bu gün həyata keçirilib və jurnalistin sağ ayağı da amputasiya edilib. Bundan əvvəl isə onun sol ayağı amputasiya edilmişdi. 

Səbuhi Məmmədlinin son durumu ilə bağlı “Sherg.az”a danışan oğlu Ramal Məmmədli atasının hazırkı vəziyyətinin  normal olduğunu bildirib:

“İndi palatadadır. Vəziyyəti yaxşıya doğru gedir”. 

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.