Döyüşçü ADAM: Təbriklər “güllə kimi” yağdı

“Mənim ən böyük kədərim budur ki, bu şərəfli, qürurlu günlərimizi, tarixi qələbəmizi ürəyində Qarabağ niskili ilə dünyadan köçmüş qazilərimiz, zabitlərimiz, generallarımız görmədilər…”
  
Bizim üçün o, döyüşçüdür. Gördüyü işlər, çalışdığı müxtəlif sahələr, hətta həmkarımız olması da sonra gəlir. Ən öndə, məhz döyüşçü olmasıdır. Bioqrafiyasında yazılanlar arasında da ən üstünü döyüşçü olaraq aldığı təltiflərdir: İlham Əli oğlu Ağayev – İlham Tumas – jurnalist (həm mətbuat, həm də televiziya), ssenari müəllifi, bir çox sənədli filmlərin rejissoru, tele-aparıcı, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib…


Qəti əminik ki, özünü tanıdığından bu günədək yaşadığı illərdə və bundan sonra davam edəcək ömründə də ən çox qürur duyduğu və başqa nəyləsə əvəzləmək istəməyəcəyi məhz döyüşçü fəaliyyəti olacaq. Dövlətə və millətə bundan böyük xidmət düşünmək mümkün deyil. Çünki “şəhidlik və qazilik əbədidir”. Bütün digər peşələr, ixtisaslar, fəaliyyət sahələri şəhid və qazilər qarşısında baş əyir. Bu gün başını dik tutan və millətimizə da alın açıqlığı gətirən dəyərli həmkarımız – hərbiçi jurnalist İlham Tumasın dünyaya gəldiyi gündür.  Sosial şəbəkə dünən İlham Tumasa köklənmişdi. Təbriklər “güllə kimi” yağırdı. İlham bəy də bu təbrik yağışını əsl döyüşçü qarşılayırdı. “Şərq”in təbrikini də həmçinin. İkicə kəlmə ilə təşəkkür etdi: - Çox sağ olun… Dostlar sağ olsun… Mənim ən böyük kədərim budur ki, bu şərəfli, qürurlu günlərimizi, tarixi qələbəmizi ürəyində Qarabağ niskili ilə dünyadan köçmüş qazilərimiz, zabitlərimiz, generallarımız görmədilər…  

İlham Tuması təbrik edənlər də onun vətənpərvərliyini və döyüşçü olmasının xüsusi vurğylayıblar.         
Bəhlul İbrahinli: - İham müəllim milli ruhlu, vətənpərvər, xalqını, dövlətini sevən bir insandir. İsinə, pesəsinə həmisə məsuliyyətlə yanasdığının Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatlarinı televiziya ekranlarında işıqlandırdığı zaman sahidi olmuşam. Mənə həmisə elə gəlib ki, İlham Tumas indiki vəziyyətindən qat-qat yuxarıda olmalıydı. Az adam tapılar ki, bütün "cəbhələrdə" bu qədər fədakarlıq göstərsin. Belə insanların əməyi layiqincə qiymətləndirilməlidir.  İlham Tumas hər hansı bir televiziya kanalına yüksək səviyyədə rəhbərlik edə bilər və bu kanal insanlara vətənpərvərlik, dövlətçilik ruhunu yüksək səviyyədə aşılayar. Harada olursa olsun, İlham Tumas Vətən yolunda canını əsirgəməyən qazimiz, vicdanlı jurnalistimizdir. 
Emin Piri: - Müharibədən təxminən 20 gün keçmişdi. Bizim batalyon Şuşa istiqamətindəki mövqelərindən( yüksəkliklərdən) toplanış yerinə- Cəbrayıl rayonunun Daşkəsən kəndinə göndərilmişdi. Bizdən öncə də bu kənddə ermənilərin briqadası yerləşirdi. Müharibə dövründə əksər texnikalarını da avtomobil parkında qoyub güclə qaça bilmişdilər. Bunlar öz yerində, müharibədən sonra da demək olar ki, bir korpusun mərkəzinə, toplanış yerinə çevrilmişdi. Elə müharibə dövründə də həmin kazarmalar, Daşkəsən kəndi müəyyən məqsədlər üçün istifadə olunurdu. Hə, müqaviləyə əsasən yenidən hazırlıq görülür, bizim hərbi hissənin batalyonları Laçın boşaldılandan sonra xidmət üçün göndəriləcəkdi. Buna görə də ardıcıl sıra baxışları, əşyaların, silahların yoxlanılması və.s əsas işə çevrilmişdi. Belə zabit düzüləşlərinin birində sıradan səs eşitdim: “Şair, sağsan?”. Düzü, öncə tanıya bilmədim. Xocalı və Şuşa istiqamətindəki yüksəkliklərdə müəyyən soyuq, donvurmalarım olmuşdu ki, gözlərimdə yaranan spazmadan nə gözlərimi düzəməlli aça bilir, nə də görüb tanıya bilirdim. Bir anlıq düşündüm ki, kimdisə tanıyır, şair şöhrətim döyüş yollarına qədər uzanıb. Şəxsi eqo tatminliyi zirvəyə qaldırdı məni. Sıra düzülüşündən sonra tanıdım... Yaşı 50-ə yaxın idi. Axı, onun müharibədə nə işi var? Öz övladı belə hərbi xidmətdən yeni qayıdıb. Birinci Qarabağ müharibəsində tələbəliyindən imtina edərək könüllü əsgər kimi xidmət etmişdi. Universiteti bitirəndən sonrasa yenə cəbhə bölgəsinin ən çətin yerlərində zabit kimi illərlə xidmət aparmışdı. Bu onun üçüncü savaşı idi... Bu müharibədə olmasa belə kimsə ona nəsə deməz, elə keçmiş illərdə-istər birinci Qarabağ savaşında, istərsə atəşkəs dövründə etdiyi xidmətlər ağızdolusu danışmağa bəs edirdi. Amma o, danışmadı, üçüncü dəfə xidmətə gəldi-Vətən müharibəsinə. O, müharibədən öncə də mənimçün “torpaq adamlar”dan idi...Bu müharibədən sonrasa daha da müqəddəsləşdi.  ...Bu gün doğum günüdür. Məncə ən gözəl doğum gününü elə oktayabrda, Cəbrayılda müharibədə olarkən keçirdi. Doğum gününü işğalda olan,doğulduğu torpaqları azad etməklə. O, müharibədən öncə də mənimçün “torpaq adamlar”dan idi...Bu müharibədən sonrasa daha da müqəddəsləşdi. Nə yaxşı varsan, İlham Tumas. Nə yaxşı qələm səni tanıdı,nə yaxşı bu vətənin oğlusan!

Qorxmaz Tofiqoğlu: 

- Bir ömürdə iki müharibə görüb İlham Tumas.Əslində, təbiətcə mülayim insandı. Amma mövzu vətəndisə, mövqeyindən bir addım da geri durmaz. Bizə belə insanlar çox lazımdı. Bizə çoxlu belə insan lazımdı. Dünyamıza xoş gəlmisən əziz, İlham Tumas.Doğum günün mübarək! 100 yaşa!

Vüsal Məmmədov:

- İlham Tumas çoxumuza az-çox, amma hər halda, vətənpərvərlik, dostluq, sədaqət dərsi keçmiş adamdır. Həm də bunu müəllim kimi yox, böyük qardaş kimi edib. Hələ bundan sonra da ondan öyrənə biləcəyimiz çox şey var. Ona görə də yaşa, var ol, sevimli insan!!! 

Bahadur Seyidov:

 - Bu gün Demedia.az saytının baş redaktoru, tanınmış jurnalist, hər iki Qarabağ müharibsinin iştirakçısı - baş leytenant, əziz dostum-qardaşım  İlham Tumasın doğum günüdür. İlham abi dəyərdir. Vətənpərvər, mərd, əliaçıq, kin-küdurətdən, paxıllıq hissindən uzaq  adamdır. Bir sözlə, kişi oğlu kişidir! Təbriklər, ustad!  Doğum günün  mübarək, canın həmişə sağ-salamat  olsun.
Ülvi Bahadır: - Doğumun mübarək, Sənətkar. Azərbaycan bayrağının dalğalanmasında sənin də nəfəsin var. Sən var olduqca heç kim bu vətənə, bu torpağa əl, dil uzada bilməz. Sağlam yaşa, xoşbəxt yaşa. Xəyalındakı Azərbaycanda yaşamağımız diləyi ilə...

 
Şahin Sərdarlı:

- Mən vətənin nə olduğunu babamdan, dövlətin və dövlətiçiliyin nə olduğunu isə İlham Tumasdan öyrənmişəm.  Doğum günün mübarək olsun, ustadım! Çox böyüksən, adına layiq ömür arzulayıram, Tumas baba! Çox yaşa!
Şərif Ağayar: - Təbriklər, İlham kişi! Məni danlaya bilən nadir admlardansan. Bu ərki necə qzanmısan, hələ də bilmirəm. Görünür, aramızda çox müqəddəs tellər var. Sağlam və möhtəşəm ol hər zaman!