Bir azdan uşaq cinayətlərinin qarşısını ala bilməyəcəyikKəmalə Ağazadə 

Kəmalə Ağazadə həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edib

  Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Mərkəzinin rəhbəri Kəmalə Ağazadə həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edib.

  Sosial media hesabından aidiyyəti dövlət qurumlarına çağırış edən K.Ağazadə qeyd edib ki, 1 həftə ərzində 2 imtina edilən uşaq aşkarlanıb: "6 yaşlı oğlan anası tərəfindən Sabunçu polis bölmələrinin birinin qarşısına qoyularaq tərk edilib. Digər 7 yaşlı oğlan uşağı isə nənəsi tərəfindən Yasamal rayonu ərazisi SPACE TV yaxınlığındakı parka qoyularaq tərk edilib.  6 yaşlı oğlanın anası məhkumdur, qolbaqda gəzir. Bəli, gəzir və kimsə onu "tapa" bilmir. Digər 7 yaşlı oğlanın nənəsi TV-də şou göstərir və məlumata görə, qızı ruhi xəstədir, amma maraqlı həyat tərzi sürür. Hörmətli qurumlar, nə zaman həssas ailələrin bazasını yaratmaq istəyirsiniz? Əgər bu baza yaradılmasa, bir azdan uşaqların törədəcəkləri cinayətlərin qarşısını ala bilməyəcəyik". 

  Bütün dünyada bu təcrübənin olduğunu vurğulayan AUB sədri  deyib ki,  həssas ailələrin məlumat bazası yaradılır və belə ailələr qeydiyyata alınıb, müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır: "Sosial xidmətçilər, psixoloqlar, eləcə də uşaq inspektorları onlarla iş aparırlar. Azərbaycanda zorakılıq qurbanlarının artması əlavə tədbirlərə ehtiyac olduğunu göstərir”.