Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-dan Quba və Qusar rayonları sakinlərinin qəbulu keçiriləcək.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 23 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.