Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR

APA-nın əməkdaşı Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi ərazidə - Laçının Qaladərəsi kəndində olub.
Ərazidən görüntüləri təqdim edirik:

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR

APA-nın əməkdaşı Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi ərazidə - Laçının Qaladərəsi kəndində olub.

Ərazidən görüntüləri təqdim edirik.

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində anadan olub. "Molodyoj Azerbaydjana" qəzetində çalışan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında qanunsuz erməni hərbi dəstələrinin hücumuna məruz qalıb. Həmin silahlı hücum zamanı reportajları ilə Qarabağdakı erməni cinayətlərini işıqlandıran Salatın Əsgərova ilə yanaşı, Sovet ordusunun 3 hərbçisi də həlak olub. İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. O, 1992-ci il 6 noyabr tarixində ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində anadan olub. "Molodyoj Azerbaydjana" qəzetində çalışan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında qanunsuz erməni hərbi dəstələrinin hücumuna məruz qalıb. Həmin silahlı hücum zamanı reportajları ilə Qarabağdakı erməni cinayətlərini işıqlandıran Salatın Əsgərova ilə yanaşı, Sovet ordusunun 3 hərbçisi də həlak olub.
İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. O, 1992-ci il 6 noyabr tarixində ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.