Aygün Bəylərlə vida mərasimi keçirilir

Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) ilə vida mərasimi keçirilir.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, mərasim Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak edir.

Əməkdar artist saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.